AFFA AÇIQLADI: Yeni mövsümdən çempionatda 30 komandanın çıxış etməsi gözlənilir

29 Avqust 2023 11:40 Region Liqası 6 227
AFFA AÇIQLADI: Yeni mövsümdən çempionatda 30 komandanın çıxış etməsi gözlənilir

AFFA tərəfindən təşkil olunan Region Liqasının 2023/24-cü illər mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat prosesi başlayıb.

Federasiya çempionatda qüvvəsini sınamaq istəyən namizədlərə sentyabrın 15-dək vaxt verib.

Onlar qeydiyyat üçün info@affa.az və ya liqalar@affa.az e-mail ünvanlarına müraciət edə bilərlər.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Məmmədli Sportinfo.az-ın sorğusuna cavab olaraq, prosesin gedişatı ilə bağlı bunları söyləyib:

«Nəzərinizə çatdırmaq istərdik ki, AFFA Region Liqasında iştirak etmək istəyən komandalar təminat məktubları (sponsor və ya dövlət qurumu, eyni zamanda, stadionla komanda arasında icarə müqaviləsi və ya stadion direktoru tərəfindən zəmanət məktubu) təqdim etməlidirlər.

AFFA-nın işçi qrupu tərəfindən aparılan araşdırmalardan sonra müsbət və ya mənfi cavab komandaya bildirilir. Komandanın iştirakı təsdiq edildikdən sonra öhdəlik kimi MMC yaradılması şərt kimi qoyulur.

Qeydiyyat prosesi 15 sentyabr 2023-cü il tarixinədək davam edəcəkr.

Ötən il Naxçıvan bölgəini çıxmaq şərtiylə yarışda 35 iştirakçı qüvvəsini sınayıb. Bu il iştirakçı sayının ən azı 30 olacağı gözlənilir.

İndiyədək artıq 12 komanda qeydiyyatdan keçib».

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?