Premyer Liqada daha bir baş məşçqidən maaş endirimi

3 Aprel 2020 00:42 İngiltərə 759
Premyer Liqada daha bir baş məşçqidən maaş endirimi

“Brayton”un baş məşqçisi Qraham Potter koronavirus pandemiyasına görə yaranan böhranla əlaqədar könüllü olaraq maaşında endirimə razı olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, klubda çalışanların maaş problemi yaşamaması üçün Qraham üç aylıq məvacibinin böyük hissəsindən imtina edib.

Daha öncə “Bornmut”un baş məşqçisi Eddi Hau da maaşının böyük hissəsindən imtina etmişdi. Bununla da o, Premyer Liqa təmsilçiləri arasında maaşının azaldılmasına razılıq verən ilk baş məşqçi olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”