Premyer Liqa klubunun futbolçusu hərbi təlimə yollandı

2 Aprel 2020 18:20 İngiltərə 425
Premyer Liqa klubunun futbolçusu hərbi təlimə yollandı

“Tottenhem”in yarımmüdafiəçisi Hın Min Son Cənubi Koreyaya hər bir xidmətə yollanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Premyer Liqada yaranan fasilədən istifadə edən fubtolçu orduda 4 həftəlik təlim keçəcək. Cənubi Koreyada hərbi xidmətin müddəti 21 aydır. Lakin Sonun Asiya kubokundakı çıxışı bu vaxtın azalmasına səbəb olub.

Belə ki, ölkə rəhbərliyi oyunçunun yarışdakı yüksək səviyyəli performansı nəzərə alaraq, onu hərbi xidmətdən azad etmişdi. Ancaq qanuna görə, o, 4 həftəlik hərbi təlim keçməlidir.

Bununla Sonun əsgərliyi başa vuracağı bildirilib. Cənubi Koreya ötən il keçirilən Asiya kubokunda ¼ final mərhələsinə qədər irəliləmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?