Almanların istəyi “Liverpul”da narahatlıq yaradıb

2 Aprel 2020 16:42 İngiltərə 602
Almanların istəyi “Liverpul”da narahatlıq yaradıb

Almaniya yığmasına Yurgen Klopp başılıq edə bilər.

Sportinfo.az xəbər verir ki, federasiya gələcəkdə Yoahim Lövü Kloppla əvəzləmək istəyir.

Almanların bu istəyi “Liverpul”da narahatlıq yaradıb. Məlumata görə, Yurgen özü də bu ideyaya müsbət yanaşır. O, karyerasında yeni səhifə açmaq üçün Almaniya yığmasını münasib variant hesab edir.

“Liverpul” rəhbərliyi isə onu komandada saxlamaq üçün fəaliyyətini gücləndirməyi planlaşdırır. Kloppun “Liverpul”la müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Lövün Almaniya yığması ilə müqaviləsi isə 2022-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da