Bu futbolçu xəstəxana tikdirir – koronavirusla mübarizə üçün

1 Aprel 2020 22:10 İngiltərə 449
Bu futbolçu xəstəxana tikdirir – koronavirusla mübarizə üçün

“Liverpul”un futbolçusu Sadio Mane koronavirusla mübarizəyə dəstək olub.

Sportinfo.az xəbər verir ki, seneqallı hücumçu ölkəsində koronavirusdan əziyyət çəkən xəstələrin müalicəsi üçün xəstəxana tikdirir.

Bu barədə Manenin meneceri Byorn Bezemer Seneqal mətbuatına açıqlamasında deyib. Benzemer Manenin doğulduğu yer olan Bambali qəsəbəsində yeni xəstəxana tikiləcəyi və bütün xərcləri Manenin qarşılayacağını bildirib.

Xəstəxananın inşası 3,5 milyon dollara başa gələcək. Mane bir müddət əvvəl Seneqalda Koronavirusla Mübarizə Fonduna 45 min avro ianə etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı