“Liverpul”un uğurları onu vadar edir ki...

1 Aprel 2020 17:52 İngiltərə 415
“Liverpul”un uğurları onu vadar edir ki...

“Mançester Siti”nin vingeri Rahim Sterlinq komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, Sterlinq “şəhərlilər” tərk etsə, “Liverpul”a keçəcək. Bu barədə məlumatı “L’Equipe” nəşri yayıb.

Sterlinq “Liverpul”un yetirməsidir. O, bu komandanı 2015-ci ildə heç bir tutul qazanmadan tərk edib.

Həmin vaxt bir çoxları onu bu addımı pula görə atmaqda ittiham etmişdi. Futbolçu isə isə bildirmişdi ki, sırf idman ambisiyalarına görə belə qərar verib.

Bir müddət əvvəl o, “instaqram” səhifəsində bəyan etmişdi ki, hələ də sabiq klubunu sevir. Nəşrin məlumatına görə, “Liverpul”un son vaxtlar qazandığı uğurlar Sterlinqi sabiq komandasına qayıtmağa motivasiya edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"