“Evdə qalın” deyir, bir saat sonra qəza törədir - VİDEO+FOTO

30 Mart 2020 18:06 İngiltərə 548
“Evdə qalın” deyir, bir saat sonra qəza törədir - VİDEO+FOTO

“Aston Villa”nın kapitanı Cek Qriliş qəzaya düşüb.

Sportinfo.az xəbər verir ki, Cek karantin qaydalarını pozub.

O, insanlara müraciət edərək evdə qalmalarını tövsiyə edib. Bir saat sonra isə karantin qaydalarını pozaraq “Range Rover” marakalı avtomobili ilə qəza törədib.

Məlum olub ki, futbolçu 89 min funt qiyməti olan “Range Rover”i ilə dayanmış vəziyyətdə olan 3 avtomobili əzib. O, avtomobillərin sahiblərinə bildirib ki, dəymiş ziyanı ödəyəcək.

Hazırda İngiltərə Premyer Liqasında qeyri-müəyyən müddətədək fasilə yaranıb. Bu mövsüm Cek Qriliş 26 oyuna 7 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti