“Siti”yə “torba”nı “Arsenal” tikir?

29 Mart 2020 18:08 İngiltərə 573
“Siti”yə “torba”nı “Arsenal” tikir?

“Mançester Siti” rəhbərliyi əmindir ki, kluba qarşı aparılan əməliyyata “Arsenal” rəhbərlik edir.

Sportinfo.az xəbər verir ki, “Siti” maliyyə feyr-pleyini pozduğu üçün avrokuboklardan iki illik uzaqlaşdırılıb. Klub bununla bağlı İdman Arbitraj Məhkəməsinə şikayət edib.

Məsələ burasındadır ki, İngiltərə Premyer Liqasında ilk 10 pillədə qərarlaşmış klublardan “Şeffil Yunayted” isitisna olunmaqla, hamısı İAM-a müraicət edərək “Siti”nin şikayətinin qəbul olunmamasını tələb edib.

“Şəhərlilər”in rəhbərliyi hesab edir ki, bunun araxsında məhz “Arsenal” dayanır. Çünki “Siti” avrokuboklara buraxılmasa, onda Premeyr Liqada 5-ci yeri tutacaq komanda ÇL-də iştirak edə bilər. “Arsenal” da məhz gözünü bu yerə dikib. “Topçular”ı hazırda 5-ci pillədən 5 xal ayırır.

Digər Xəbərlər
Xəbər Lenti