Premyer Liqa klubunun 8 futbolçusunda koronavirus əlamətləri tapıldı

29 Mart 2020 13:40 İngiltərə 721
Premyer Liqa klubunun 8 futbolçusunda koronavirus əlamətləri tapıldı

"Vest Hem"in 8 futbolçusunda koronavirus əlamətləri müşahidə edilib.

Sportinfo.az xəbər verir ki, "Vest Hem"in vitse-prezidenti Karren Bredi "The Sun"a açıqlamasında bu məlumat verib:

"Qeyd etmək istəyirəm ki, oyunçularımızda yüngül simptomlar müşahidə olunur. Futbolçular indi ailələri ilə birlikdə karantindədilər və özlərini yaxşı hiss edirlər. Simptomlar dedikdə asqırma və öskürəyi nəzərdə tuturam. Hamı diqqətli olmalıdı".

Hazırda London klubunda məşqlər dayandırılıb. Məşqlərin 13 aprel tarixindən etibarən bərpa olunacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti