İngiltərədə bütün futbol matçları təxirə salındı - RƏSMİ

13 Mart 2020 18:34 İngiltərə 1 058
İngiltərədə bütün futbol matçları təxirə salındı - RƏSMİ

İngiltərədə bütün futbol matçları koronavirus səbəbindən aprelin 4-dək təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu qərar Premyer Liqa, kubok oyunları, qadınlar arasında çempionat və milli komandanın oyunlarına şamil olunub.

Premyer Liqanın təxirə salınması barədə qərar klubların rəsmiləri ilə təcili görüşdən sonra qəbul olunub. Bu zaman tibbi tövsiyələr və hazırkı şərtlər də nəzərə alınıb. Oyunlara öncədən bilet alan azarkeşlərin pulları geri qaytarılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM