Sabah Premyer Liqa ilə bağlı nə qərar veriləcək?

12 Mart 2020 11:34 İngiltərə 1 738
Sabah Premyer Liqa ilə bağlı nə qərar veriləcək?

İngiltərədəki bütün futbol matçları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar sabahkı iclasda qəbul olunacaq.

Mövsümün təxirə salınması gündəmdə deyil. İngiltərə Premyer Liqasının oyunları və aşağı divizionlardakı görüşlər boş tribunlar önündə olacaq.

Qarşılaşmalar təhlükəsizlik səbəbindən pablarda yayımlanmayacaq. Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusu pandemiya elan edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM