O, xanımının xahişi ilə evini 6 milyon avroya satır - FOTO

12 Mart 2020 01:52 İngiltərə 545
O, xanımının xahişi ilə evini 6 milyon avroya satır - FOTO

İngiltərə millisinin sabiq üzvü Con Terri həyat yoldaşının xahişi ilə evini satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, onun xanımı 2017-ci ildə sözügedən evdə olan oğurluq hadisəsini unuda bilmədiyi üçün bu addım atılıb.

"Aston Villa"nın məşqçisinin evini 5.5 milyon funt stertlinqə (təqribən 6 milyon avro) satacağı bildirilib. Cinayətkarlar 2017-ci ildə Terrinin evindən 400 min funt sterlinq dəyərində qiymətli əşyalar oğurlayıb.

Onun həyat yoldaşının bu hadisədən sonra özünü təhlükəsiz hiss etmədiyi bildiriib. Cinayətkarlar 27 il müddətinə azadlıqdan məhrum edilib.

Digər Xəbərlər
Xəbər Lenti