Komanda yoldaşını vurdu - Premyer Liqa klubunda

11 Mart 2020 14:50 İngiltərə 546
Komanda yoldaşını vurdu - Premyer Liqa klubunda

“Aston Villa”nın düşərgəsində xoşagəlməz hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Daniel Drinkuoter növbəti dəfə intizamsız davranışa yol verib.

Qış fasiləsində “Çelsi”dən icarəyə götürülən 30 yaşlı orta sahə oyunçusu məşq zamanı ispaniyalı Hota ilə əlbəyaxa olub və onun başına vurub.

Bu hərəkətinə görə Drinkuoterin cərimələnəcəyi dəqiqdir. Klub rəhbərliyi hətta onunla müqaviləyə xitam verib, məxsus olduğu “Çelsi”yə vaxtından tez qaytarılmasını da nəzərdən keçirir.

Daniel Drinkuoter mövsümün ilk yarısını icarə əsasında “Bernli”də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti