Transfer etmək istəyən klubdan 100 milyon avro verməlidir

11 Mart 2020 12:58 İngiltərə 524
Transfer etmək istəyən klubdan 100 milyon avro verməlidir

“Mançester Siti” hücumçusu Qabriel Jesusu satmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” braziliyalı futbolçunu transfer etmək istəyən klubdan 100 milyon avro tələb edəcək.

UEFA-nın cəzasından sonra Mançester təmsilçisinin bir neçə əsas üzvünün yayda komandanı tərk edəcəyi gözlənilir. Klub rəhbərliyi heyəti qorumağa çalışsa da, maddi durumu düzəltmək üçün bəzi futbolçularla vidalaşa bilər. Onlardan biri də Jesusdur.

Məlumata görə, hücumçunun xidmətində “Bavariya” maraqlıdır. Münhen təmsilçisinin 22 yaşlı oyunçu üçün tələb olunan məbləği ödəməyə hazır olduğu bildirilir. Jesus bu mövsüm Premyer Liqada 24 oyuna 10 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti