Paytaxt klubu 16 yaşlı finlandiyalı futbolçu aldı

11 Mart 2020 12:44 İngiltərə 738
Paytaxt klubu 16 yaşlı finlandiyalı futbolçu aldı

"Çelsi" daha bir transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, London klubu 16 yaşlı finlandiyalı yarımmüdafiəçi Cimi Tauryaynenin keçidini həll edib.

Bununla bağlı gənc futbolçu şəxsi İnstagram səhifəsində paylaşım edib. "HJK Helsinki"nin futbolçusu İyul ayında artıq "Çelsi"nin düşərgəsinə qoşulacaq.

Müqavilənin müddəti və ödənilən məbləğ hələlik açıqlanmayıb. Onunla İtaliyanın "Yuventus" və Milan "İnter"i də maraqlanırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti