Arvadı şərt qoydu, Özil cavab yazsa...

10 Mart 2020 16:56 İngiltərə 1 859
Arvadı şərt qoydu, Özil cavab yazsa...

“Arsenal”ın futbolçusu Məsut Özilin pərəstişkarı iyulda dünyaya gələcək övladına onun adını vermək istəyir.

Sportinfo.az xəbər verir ki, amma fanatın həyat yoldaşı Amina Gülşe bunun üçün şərt irəli sürüb.

Xanımı bildirib ki, bununla bağlı yazdığın statusa Özil cavab versə, arzunu reallaşdıra bilərsən. Fanat tvitterdə belə yazıb:

“Həyat yoldaşım iyulda uşaq gözləyir. O dedi ki, əgər sən bu statusa cavab versən, onda uşağın adını Məsut qoya bilərik. Məni məyus etmə, Özil”.

Məsut ona belə cavab verib: “Razılaşdıq, dostum. Mən səni məyus etmərəm. İndi növbə sənindir. İyulda doğum şəhadətnaməsini görmək istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti