"Problem ondadır ki, yaxşı vəziyyətdə olmayan bir çox klub buradan maliyyələşir"

8 Mart 2020 17:40 İngiltərə 955
"Problem ondadır ki, yaxşı vəziyyətdə olmayan bir çox klub buradan maliyyələşir"

UEFA prezidenti Aleksandr Çeferin İngiltərəni liqa kuboku turnirindən imtina etməyə çağırıb.

Sportinfo.az xəbər verir ki, qurum rəhbəri, təqvimdəki sıxlığı aradan qaldırmaq üçün bu addımı atmağı məsləhət görüb:

“Artıq Fransada liqa kuboku yarışları keçirilməyəcək. Bu turniri təşkil edən ölkələrdən yalnız İngiltərə qalıb. Düşünürəm ki, bu turnirdən imtina etməyin daha yaxşı olacağını hamı bilir.

Problem ondadır ki, bu yarış vasitəsilə yaxşı vəziyyətdə olmayan bir çox klub maliyyələşir. Bunları başa düşürəm. Bilirəm ki, ingilislər əsrlər boyu aktual olan ənənələrə sadiqdirlər”.

İngiltərə klubları həm Federasiya kuboku, həm də liqa kuboku yarışında mübarizə aparırlar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!