“Mançester Siti” onları saxlamaq üçün hərəkətə keçir

7 Mart 2020 17:52 İngiltərə 757
“Mançester Siti” onları saxlamaq üçün hərəkətə keçir

“Mançester Siti” 2 futbolçusuna yeni müqavilə təklif etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” Rahim Sterlinq və Kevin de Bruyne ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Klubun hər iki futbolçu ilə yaxın günlərdə danışıqlara başlayacağı və uzunmüddətli müqavilə təklif edəcəyi bildirilir.

UEFA-nın klubu iki mövsümlük avrokuboklardan uzaqlaşdırma qərarından sonra əsas heyət üzvlərinin, o cümlədən Sterlinq və Bruynenin komandadan ayrılacağı deyilirdi.

Həm Sterlinqin, həm də Kevin de Bruynenin müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti