Premyer Liqa klubunun 2 futbolçusu mövsümü başa vurdu

4 Yanvar 2020 10:15 İngiltərə 488
Premyer Liqa klubunun 2 futbolçusu mövsümü başa vurdu

“Aston Villa” ciddi itkilərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin qapıçısı Tom Hitonla hücumçusu Uesli sıradan çıxıb.

Onların hər ikisi Premyer Liqanın 21-ci turu çərçivəsində baş tutan “Bernli” ilə oyunda (2:1) ağır zədə alıb. Vəziyyətləri ciddi olan futbolçuların “Aston Villa”ya bu mövsüm kömək edə bilməyəcəkləri ehtimal olunur.

Hər iki futbolçunun bərpası üçün azı 6 ay tələb olunur. “Aston Villa” cari mövsümdə 21 oyuna 21 xal toplayıb və 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti