"Sözün düzü, indi onun üçün güləcək zaman deyil"

4 Yanvar 2020 01:50 İngiltərə 938
"Sözün düzü, indi onun üçün güləcək zaman deyil"

"Arsenal" və "Mançester Yunayted"in sabiq futbolçusu Robin van Persi "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşeri tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, Mançester klubunun İngiltərə Premyer Liqasının 21-ci turunda "Arsenal"a 0:2 hesabı ilə uduzmasını şərh edərkən deyib:

"Sulşer çox gülür. Sözün düzü, indi onun üçün güləcək zaman deyil. Oyunçular pis oynadıqları vaxt cəzalandırılacaqlarını bilməldirlər. Məşqçi oyun planı ilə yanaşı, bir az da qorxuducu olmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM