"Soruşsız, cavab verərəm ki, yaxşı yox, pis xəbərlər gözləyirəm"

4 Yanvar 2020 01:35 İngiltərə 616
"Soruşsız, cavab verərəm ki, yaxşı yox, pis xəbərlər gözləyirəm"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo zədəli futbolçu Harri Keynin vəziyyəti barədə danışıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 26 yaşlı futbolçunun durumu haqda yaxşı xəbər gözləmədiyini söyləyib:

"Hələ heç bir məlumat bilmirəm. Bəlkə də bu gün bir şey məlum olacaq. Ancaq məndən hiss etdiyimi soruşsanız cavab verərəm ki, yaxşı yox, pis xəbərlər gözləyirəm".

H.Keyn ötən gün Premyer Liqanın 21-ci turunda "Sauthempton"la matçda zədələnərək meydanı tərk edib. Onun 4-6 həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!