Poqba yenə zədələndi

2 Yanvar 2020 13:45 İngiltərə 724
Poqba yenə zədələndi

"Mançester Yunayted"in zədəli futbolçusu Pol Pqbanın durumuna aydınlıq gəlib.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, topuğunda problem olan fransalı yarımmüdafiəçi bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib: "Poqba zədəlidir. Topuğunda narahatlıq hiss edir. Bir neçə həftə oynamayacaq".

Poqba bu səbəbdən Premyer Liqanın 21-ci turunun "Arsenal"la oyununda iştirak etməyib. Futbolçu zədə səbəbindən oktyabr və noyabr aylarında da meydana çıxmamışdı. Dekabr ayında isə cəmi 2 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti