"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 21-ci turunda "Sauthempton"a uduzduqları (0:1) matçdakı hərəkətinə görə sarı vərəqə alıb.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçın gedişində rəqib komandanın baş məşqçisi Ralf Hazenhüttlün taktiki qeydlər etdiyi vərəqə baxıb.
Onun bu hərəkətini görən baş hakim Mayk Din təcrübəli çalışdırıcıya sarı vərəqə göstərib. 56 yaşlı mütəxəssis matçda sonra verdiyi açıqlamada sarə vərəqəyə layiq olduğunu, axmaqlıq etdiyini bildirib.

