Runi İngiltərəyə qayıtdı

2 Yanvar 2020 00:15 İngiltərə 942
Runi İngiltərəyə qayıtdı

ABŞ-ın "Di Si Yunayted" klubunun futbolçusu Ueyn Runi İngiltərəyə qayıdıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı forvard Çempionşip təmsilçisi "Derbi" ilə 1,5+1 illik müqavilə bağlayıb.

İngiltərə millisinin sabiq futbolçusu komandada oynayan-məşqçi kimi fəaliyyət göstərəcək. Runi baş məşqçi Filip Kokunun köməkçisi olacaq.

"Everton"un yetirməsi 2004-2017-ci illərdə "Mançester Yunayted"də çıxış edib. Təcrübəli hücumçu 2018-ci ildə "Everton"dan "Di Si Yunayted"ə keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti