Hücumçusu paytaxt klubuna "yox” dedi

1 Yanvar 2020 15:30 İngiltərə 1 254
Hücumçusu paytaxt klubuna "yox” dedi

“Çelsi”nin futbolçusu Temmi Abraham London təmsilçisi ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu “zadəganlar”la yeni sözləşmənin şərtlərində razılığa gələ bilmir.

Abraham komanda yoldaşı Kallum Hadson-Odoi kimi həftəlik 180 min avro qazanmaq istəsə də, “Çelsi” bu məbləği vermək istəmir.

2022-ci ilə qədər müqaviləsi olan Abraham, bu səbəbdən “zadəganlar”a “yox” deyib. Hücumçu bu mövsüm 27 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti