Qvardiolanı təriflədi, komandasını ən yaxşı adlandırdı

1 Yanvar 2020 09:30 İngiltərə 1 040
Qvardiolanı təriflədi, komandasını ən yaxşı adlandırdı

"Qvardiola inanılmaz bir məşqçidir. Sadəcə fantastikdir. Yaxşı münasibətimiz var. Əsasən mətbuat konfranslarına görüşsək də, bir-birimizə böyük hörmətimiz var".

Sportinfo.az xəbər verir ki "Everton"un baş məşqçisi Karlo Ançelotti "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiola haqqında belə deyib.

O, 48 yaşlı mütəxəssisin baş məşqçilik etdiyi "şəhərli"ləri indiki dövr üçün Avropanın ən yaxşı komandası adlandırıb:

"Xosep əsl dahidir. Komandalarının hər bir oyunçusu meydanda xüsusi nəsə edir. Buna görə də Avropanın ən yaxşı komandası ilə qarşılaşmaq fürsətini əldə etdiyimiz üçün məmnun olmalıyıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti