"Kimsə gedib ona baxmır"

31 Dekabr 2019 12:30 İngiltərə 1 198
"Kimsə gedib ona baxmır"

"Liverpul"un baş məşqçisi Yürgen Klopp və onun "Mançester Siti"dəki həmkarı Pep Qvardiola VAR-dan (videotəkrar) şikayətlənib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis İngiltərə Premyer Liqasının 20-ci turunda "Vulverhempton"la matçdan sonra deyib:

"VAR-ı oyunçuların ayaqüstü gözləməsi və qərarını nə olacağını düşünməsi yaxşı deyil. Meydanın kənarında ekran var, amma kimsə gedib ona baxmır".

Qvardiola ilə VAR-la bağlı bildirib: "Hər həftə VAR-la bağlı qarışıqlıq var. Demək olar ki, bütün matçlarda qarışıqlığa səbəb olur. Növbəti mövsüm daha yaxşı olmasını ümid etməkdən başqa bir şey söyləyə bilmirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti