Premyer Liqada 100-cü qələbəni qazanan baş məşqçi

31 Dekabr 2019 10:45 İngiltərə 702
Premyer Liqada 100-cü qələbəni qazanan baş məşqçi

"Mançester Siti" İngiltərə Premyer Liqasının 20-ci turunda "Şeffild Yunayted"i 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, bu qələbə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola üçün xüsusi önəm daşıyıb.

İspan mütəxəssis 100-cü qələbəni ən az oyuna qazanan baş məşqçi kimi Premyer Liqa tarixinə düşüb. 48 yaşlı çalışdırıcı 134-cü oyununda buna nail olub.

Daha öncəki rekord Joze Mourinyoya məxsus idi. Portuqaliyalı mütəxəssis 142-ci matçında 100-cü qələbəni qazanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti