"Onun nə qərar verdiyini artıq bilirəm, amma söyləməyəcəm"

31 Dekabr 2019 01:40 İngiltərə 1 399
"Onun nə qərar verdiyini artıq bilirəm, amma söyləməyəcəm"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo mövsümün sonunda müqaviləsi bitəcək Kristian Eriksenin gələcəyi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis danimarkalı futbolçunun qərar verdiyini bildirib:

"Onunla üz-üzə əyləşib, dürüst şəkildə söhbət elədik. Danışıq zamanı bir-birimizə güvəndik. Onun nə qərar verdiyini artıq bilirəm, amma bunu söyləyə bilmərəm.

Onun gələcəyi barədə açıqlamanı verən ilk şəxs mən olmamalıyam. Bu, onun özü şəxsi işləridir. Axı biz bir-birimiz güvənərək söhbət elədik".

27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti