"Kapitan olmaq, çox oynamaq, qazanmaq istəyirəm"

31 Dekabr 2019 01:10 İngiltərə 943
"Kapitan olmaq, çox oynamaq, qazanmaq istəyirəm"

"Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold gələcək karyerasından danışıb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu bu mövsüm 25 oyuna 2 qol vurub, 9 assist edib.

İngiltərə millisinin üzvü "qırmızılar"In əfsanəsi olmaq istədiyini bildirib: "Liverpul"da kapitan olmaq, mümkün qədər bu komandada çox oynamaq və kuboklar qazanmaq istəyirəm. Bunları yaşamaq arzumdur.

Başqa klubda oynamağı düşünə bilmirəm. Baş məşqçimiz Yurgen Kloppla necə inkişaf edəcəyimiz barədə mütəmadi danışırıq. Komandaya fayda vermək üçün çox çalışırıq. Gənc futbolçu üçün yalnız öz üzərində çalışmağı lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM