"Vest Hem" baş məşqçisi Manuel Pelleqrini ilə yollarını ayırıb. Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın cari mövsümdəki uğursuz çıxışından narazı qalan rəhbərlik dünən evdə "Lester Siti"yə 1:2 hesablı məğlubiyyətdən sonra çilili mütəxəssisi istefaya göndərib.
Klubun yaydığı açıqlamada baş məşqçiyə təşəkkür edilib və bu addımın yeni gələcək mütəxəssisə daha çox vaxt vermək üçün atrıldığı bildirilib.
"Vest Hem" Premyer Liqada 17 turdan sonra 19 xalla sondan ikinci pillədə qərarlaşıb. London klubu son 5 matçın 4-də uduzub.

