“Liverpul”un baş məşqçisi Yurqen Klopp Premyer Liqanın 18-ci turunda “Lester”lə (4:0) matçdan sonra çempionluq mübarizələrindən danışıb.
"Liverpul" 52 xalla turnir cədvəlinə başçılıq edir. “Mersesaydlılar”ın ən yaxşı izləyicisi “Lester”in 39 xalı var. Sportinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis hələ çempionluq haqqında düşünmədiklərini deyib:
“Çox yaxşı bir komandaya qarşı oynadıq. Bu görüş həlledici deyildi. “Liverpul” azarkeşləri 30 illik həsrətin sona çatdığını düşünür. Qarşılaşmalar bitəndə dəyişən tək şey rəqəmlərdir.
Əvvəl "Lester"lə 10, 11, sonra da 13 xallıq fərq oldu. Çempionluğu düşünmürük, hiss etmirik və bu haqda danışmırıq. Bizi cəlb etmir, o əhval-ruhiyyəyə düşmürük".

