"Bura əylənməyə gələ bilər, oynamaq üçün yox"

25 Dekabr 2019 10:33 İngiltərə 1 052
"Bura əylənməyə gələ bilər, oynamaq üçün yox"

"Everton"un yeni baş məşqçisi Karlo Ançelotti "Los-Anceles Qalaksi"dən ayrılan Zlatan İbrahimoviçi transfer etməyəcəklərini açıqlayıb

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 38 yaşlı hücumçunu heyətində görmək istəmədiyini bəyan edib:

"Zlatan yaxşı dostlarımdan biridir. Keçmişdə futbolçum olub. Gərək, ona zəng edim. İbrahimoviç Liverpul şəhərinə əylənməyə gələ bilər, amma oynamaq üçün yox".

Zlatan MLS klubunda 58 oyuna 53 qol vurub. İsveçli futbolçunun adı sabiq klubu "Milan"la da hallanır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM