"Tottenhem"in baş məşqçisi Joze Mourinyo "Çelsi"nin müdafiəçisi Antonio Rüdigeri sərt tənqid edib.
Sportinfo.az xəbər verir ki, Prmyer Liqanın 17-ci turunun "Tottenhem" - "Çelsi" (0:2) görüşündə meydan sahiblərinin oyunçusu Son-Hön Minin alman futbolçuya qarşı kobudluğuna münasibət bildirərkən Rüdigerin simulyasiya etdiyini deyib.
“İngiltərə Premyer Liqasında belə hallar olmamalıdır. Bura belə hərəkətlərin yeri deyil. Yıxıldın, qalx və kişi kimi oyna! Belə hallar hər yerdə ola bilər, lakin Premyer Liqa üçün yolverilməzdir".
Cari mövsüm 3-cü dəfə qırmızı vərəqə alan cənubi koreyalı futbolçu eyni zamanda İngiltərə Premyer Liqasının ən kobud futbolçusu adını qazanıb. Almaniya millisinin 26 yaşlı müdafiəçisi isə London derbisində başqa bir xoşagəlməz hadisə ilə də üzləşib. Azarkeşlər onun, həmçinin koreyalının ünvanına irqçi şüarlar səsləndiriblər.

