Qarnına təpiklə vurdu, 3 oyunluq cəzalandırıldı - VİDEO

24 Dekabr 2019 09:51 İngiltərə 800
Qarnına təpiklə vurdu, 3 oyunluq cəzalandırıldı - VİDEO

İngiltərə Futbol Federasiyası "Tottenhem"in futbolçusu Son Hın Mini 3 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasınının 17-ci turunda "Çelsi" ilə matçda etdiyi hərəkət səbəb olub.

Koreyalı görüş zamanı rəqib futbolçu Antonio Rudiger ilə toqquşmadan sonra yerə yıxılıb. Bunun ardınca o, təpiklə rəqibin qarnına vurub. Bu hərəkətinə görə Son qırmızı vərəqə ilə cəzalandırılıb.

Beləliklə, "Tottenhem"in futbolçusunun çempionatda "Brayton", "Norviç" və "Sauthempton"la matçları buraxacağı bildirilib. "Tottenhem" - "Çelsi" görüşündə "zadəganlar" 2:0 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti