"Liverpul"un qapıçısı Alisson Beker "Barselona"nın kapitanı Lionel Messi haqqında danışıb.
Sportinfo.az xəbər verir ki, o, 32 yaşlı hücumçunun fanatı olduğunu deyib: "Məncə, Messi başqa bir planetdən gəlib. "Qızıl top"u qazanmağa layiq idi. Onun fanatıyam".
Messi bu il karyerasında 6-cı dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.

