"Real" Poqbanın transferindən imtina etdi

22 Dekabr 2019 00:05 İngiltərə 694
"Real" Poqbanın transferindən imtina etdi

"Real" yanvarda "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı transfer etməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Madrid təmsilçisinin nümayəndələri fransalı yarımmüdafiəçinin agenti Mino Rayolaya bildiriblər. "Kral klubu" 26 yaşlı oyunçuya bu məlumatın çatdırılmasını xahiş edib.

Buna səbəb "MY"nın qışda Poqbanı satmaq istəməməsi, eyni zamanda "Real"da yarımmüdafiəçi Fede Valverdeninin oyunundakı irəliləyişdir.

Ancaq buna baxmayaraq, Poqbanı bəyənən La Liqa klubunun baş məşqçisi Zinəddin Zidan yayda onu komandasına görmək istəyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti