"Liverpul"da ilk yapon - RƏSMİ

19 Dekabr 2019 16:59 İngiltərə 939
"Liverpul"da ilk yapon - RƏSMİ

"Liverpul" "Zalsburq"un hücumçusu Takumi Minaminonu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, Mersisayd klubu 24 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalayıb.

2015-ci ildən Yaponiya yığmasına dəvət alan 24 yaşlı vingerin keçidi İngiltərə nəhənginə 7.2 milyon funta başa gəlib. Son 4 ili Avstriya klubunda keçirən Minamino yanvarın 1-dən rəsmən "qırmızı" olacaq. O, "Zalsburq"da 199 oyun keçirib, 64 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM