"O, çətin ki, otağında qaçır" - Kinayəli atmaca

17 Dekabr 2019 10:34 İngiltərə 990
"O, çətin ki, otağında qaçır" - Kinayəli atmaca

"Liverpul"un baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib. Sportinfo.az xəbər verir ki, o, "Atletiko"ya rəqib olmaları ilə bağlı deyib:

"Maraqlı püşk oldu. Sözün düzü, Madrid klublarından biri ilə düşəcəyimizi düşünürdüm, elə də oldu. Bizdə bu şəhər haqda ancaq ən yaxşı xatirələr var. Amma bu dəfə "Atletiko" ilə qarşılaşacağıq.

Ağır oyunlar olacaq, lakin bu mərhələdə bütün komandalar finala yüksəlməyə layiqdirlər. Çətin ki, Simeone otağında qaçır və "Liverpul"la düşməklərinə sevinir".

Bu komandalar arasında ilk oyun fevralın 18-i İspaniyada, cavab görüşü isə martın 11-i İngiltərədə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti