Premyer Liqa klubu ilə razılığa gəldi - Ançelotti

17 Dekabr 2019 01:52 İngiltərə 1 212
Premyer Liqa klubu ilə razılığa gəldi - Ançelotti

Bir neçə gün öncə İtaliyanın “Napoli” klubunun istefaya göndərdiyi Karlo Ançelottinin işsiz günləri qısa sürəcək. Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis İngiltərənin “Everton” klubunu çalışdırmağa yaxındı.

Britaniya mətbuatının yaydığı məlumata görə, Marko Silvanı istefaya göndərəndən bəri baş məşqçi axtarışında olan “Everton” məhz Ançelotti ilə razılığa gəlib. “Sky Sports”un iddiasına görə, prinsipial razılıq əldə edən tərəflər tezliklə rəsmi müqaviləyə imza atacaqlar.

Ançelottinin hətta danışıqlar üçün Liverpul şəhərinə yollandığı bildirilir. “Everton” Premyer Liqada 17 turdan sonra 18 xalla 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM