İngilis qapıçı yaşlı azarkeşi ölümdən xilas etdi

15 Dekabr 2019 12:51 İngiltərə 874
İngilis qapıçı yaşlı azarkeşi ölümdən xilas etdi

"Uotford"un qapıçısı Ben Foster komandasının yaşlı azarkeşinin həyatını xilas edib.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisə komandanın oyunundan sonra baş verib. Demans xəstəliyindən (yaddaş zəifliyi) əziyyət çəkən 80 yaşlı fanat evə qayıdarkən yolda avtomobili xarab olub. Çarəsiz qalan azarkeş təqribən 16 km-lik məsafəni piyada getməyə qərar verib.

Bir müddət yol qət etdikdən sonra ehtiyatsızlıqdan yol kənarındakı xəndəyə düşən tərəfdar orada köməksiz vəziyyətdə qalıb. Bu vaxt təsadüfən ailəsi ilə həmin ərazidən keçən Foster yaşlı fanatı xəndəkdən çıxararaq, öz evinə aparıb. Qapıçı azarkeşə Milad bayramını onlarla keçirməsini təklif edib.

Digər Xəbərlər
Xəbər Lenti