"Liverpul" autsayderə 2 cavabsız qolla qalib gəldi

14 Dekabr 2019 19:01 İngiltərə 1 042
"Liverpul" autsayderə 2 cavabsız qolla qalib gəldi

İngiltərə Premyer Liqasında XVII tura start verilib. Sportinfo.az xəbər verir ki, açılış oyununda lider "Liverpul" evdə "Uotford"u qəbul edib.

Yurgen Kloppun komandası autsayderə 2 cavabsız qolla qalib gəlib. Hər iki qolun müəllifi Məhəmməd Salah olub. Misirli hücumçu 38 və 90-cı dəqiqələrdə fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 49-a çatdıran "Liverpul" liderliyini möhkəmlədib. "Uotford"un isə 9 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM