Emeri Premyer Liqa klubuna "yox" dedi

14 Dekabr 2019 13:07 İngiltərə 707
Emeri Premyer Liqa klubuna "yox" dedi

Bir müddət öncə "Arsenal"dan istefaya göndərilən Unai Emeri İngiltərədə işləmək istəmir.

Sportinfo.az "Marca" nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəssis "Everton"dan aldığı təklifi geri çevirib. Bundan başqa, onun iki Çin klubuna da "yox" dediyi iddia olunur. Onun titul uğrunda mübarizə aparan iddialı komanda çalışdrımaq istədiyi üçün bu cür addım atdığı bildirilir.

Emerini razı sala bilməyən "Evverton"un "Napoli"dən ayrılan Karlo Ançelotti və sabiq çalışdırıcısı Devid Moyeslə də maraqlandığı deyilir.

Digər Xəbərlər
Xəbər Lenti