"Liverpul" yaponun transferi üçün klubu ilə razılığa gəldı

12 Dekabr 2019 23:10 İngiltərə 975
"Liverpul" yaponun transferi üçün klubu ilə razılığa gəldı

"Liverpul" "Zaltsburq"un və Yaponiya millisinin futbolçusu Takumi Minaminonu transfer etmək üçün klubu ilə razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi qış transfer pəncərəsində 24 yaşlı hücumçunun keçidini həll etməyə hazırdır. Oyunçunun müqaviləsindəki təzminat məbləği 8 milyon avrodur.

Takumi Minamino bu mövsüm Avstriya çempionatında 15 oyunda iştirak edib. O, 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti