Ançelotti ingilislərin hədəfində

11 Dekabr 2019 20:25 İngiltərə 1 047
Ançelotti ingilislərin hədəfində

İngiltərənin iki klubu “Napoli”nin baş məşqçisi postundan istefaya göndərilən Karlo Ançelottinin xidmətində maraqlıdır.

Sportinfo.az xəbər verir ki, hazırda baş məşqçi axtarışında olan “Arsenal” və “Everton” 60 yaşlı italiyalı mütəxəssisə müqavilə təklif etməyi götür-qoy edir. Onunla müqavilə bağlamaq baxımından “topçular”ın daha şanslı olduqları bildirilir.

Bu gün “Napoli”dən göndərilən Ançelotti daha öncə vətənində “Recina”, “Parma”, “Yuventus” və “Milan”, eləcə də İngiltərənin “Çelsi”, İspaniyanın “Real Madrid”, Fransanın PSJ və Almaniyanın “Bavariya” komandalarına rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM