“Mançesteri qırmızı rəngə boyadıq” – Sulşer

8 Dekabr 2019 23:40 İngiltərə 655
“Mançesteri qırmızı rəngə boyadıq” – Sulşer

İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində “Mançester Siti”ni 2:1 hesabıyla məğlub edən “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer oyundan sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, norveçli mütəxəssis daha yaxşı nəticəyə layiq olduqlarını bildirib: “Komandam fantastikdir. Hər dəfə topu ələ keçirərkən, hücum edirdik. İlk hissədə əla oyun göstərdik, sürətli hücumlar edirdik.

Çox hücum etdik və hesab oyuna uyğun olmadı. Biz daha çox qol vura bilər, 3-4 top fərqiylə qalib gələ bilərdik. Futbolçular yaxşı oynadılar və buna layiq idilər. “Mançester Siti”yə qarşı oynamaq çətindir. Futbolçuların oyunundan razıyam. Mançesteri qırmızı rəngə boyadıq”.

Digər Xəbərlər
Xəbər Lenti