Sadio Mane - ən yaxşı

7 Dekabr 2019 11:47 İngiltərə 654
Sadio Mane - ən yaxşı

“Liverpul”un hücumçusu Sadio Mane noyabrın ən yaxşısı seçilib. Sportinfo.az xəbər verir ki, seneqallı forvard klubun rəsmi saytında “Liverpul” azarkeşləri arasında keçirilən səsverməyə görə komandanın noyabr üçün ən yaxşısı adına layiq görülüb.

O, Fabinyo və Vircil van Daykı qabaqlayıb. Mane məsələ haqda bu cür danışıb: "Bu mükafatı qazandığıma görə şadam. Hər zaman ən yaxşı olmağa çalışıram. Fəxr edirəm ki, ən yaxşı seçildim. Son həftələr mənim üçün sadəcə əla keçdi. Həmçinin də komanda yoldaşlarım üçün. Bu tempdə də davam etməliyik. Fanatlar bizim üçün hər şey edir. Mənə səs verənlərə təşəkkürümü bildirirəm”.

Ötən ay seneqallı “Liverpul”un heyətində bütün turnirlərdə altı oyun keçirib və üç qol, bir assistlə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti