Premyer Liqada işləməsi üçün 20 milyon ödənilməlidir

7 Dekabr 2019 01:38 İngiltərə 1 043
Premyer Liqada işləməsi üçün 20 milyon ödənilməlidir

“Arsenal” baş məşqçi postuna Rafael Benitesi gətirməyi düşünür. Sportinfo.az xəbər verir ki, “topçular” hazırda “Dalyan İfan” klubunu çalışdıran ispan mütəxəssisi İngiltərəyə qaytarmaq istəyir.

“Arsenal” Benitesi yenidən Londona qaytarmaq istəsə, 20 milyon funt-sterlinqindən keçməlidir. Çünki Benites “Dalyan İfan”dan müqaviləsi bitməmiş ayrılsa, 20 milyon funt-sterlinq məbləğində kompensasiya ödəməlidir.

Bu yay Çin Super Liqası təmsilçisinin “sükanı arxasına” gətirilən Benites daha əvvəl İngiltərədə “Çelsi”, “Liverpul” və “Nyukasl”ı çalışdırıb. “Arsenal” bir müddət əvvəl baş məşqçisi Unay Emeri ilə yollarını ayırıb və onun vəzifəsini müvəqqəti olaraq Fredrik Lunqberq yerinə yetirir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq