"Biz basketbol oynamırıq"

6 Dekabr 2019 17:14 İngiltərə 560
"Biz basketbol oynamırıq"

“Mançester Yunayted”in baş məşqçisi Ule-Qunnar Sulşer Premyer Liqanın 16-cı turu çərçivəsində “Mançester Siti”yə qarşı keçiriləcək görüş haqda danışıb.

Sportinfo.az xəbər verir ki, norveçli mütəxəssis Mançester derbisində uğurlu nəticə qazanmaq istədiklərini söyləyib: “Mançester derbiləri hər zaman xüsusi olur. Biz basketbol oynamırıq, hər şeyə hazırıq. Amma bunun böyük önəm kəsb etdiyini düşünmürəm. Fanatlar üçün elədir. Azarkeşlərimiz evdə möhtəşəm idilər. Sabah yenə də onların səsini eşidəcəyimizi düşünürəm.

Komandanın energiya ilə bağlı problemi yoxdur. Halbuki oyun üçün bir sutkadan da az vaxtımız var idi. Burada adrenalin əsas məsələdir. Dünən bir məşqimiz oldu, bu gün də məşqimiz olacaq. Məncə, onlar yaxşı yatıblar”.

Digər Xəbərlər
Xəbər Lenti