"Arsenal"ın "qara" rekordu - 42 ilin ən pis nəticəsi

6 Dekabr 2019 11:11 İngiltərə 886
"Arsenal"ın  "qara" rekordu - 42 ilin ən pis nəticəsi

Londo "Arsenal"ı tarixinin ən uğursuz dönəmini yaşayır.

Sportinfo.az xəbər verir ki, ötən gecə öz meydanında "Brayton" uduzan (1:2) "topçular"ın qələbəsiz oyunlar seriyası 9-a çatıb. Bu, son 42 ildə "Arsenal"ın ən əzif göstəricisidir. Sonuncu dəfə 1977-ci ildə komanda ardıcıl 10 oyun qələbə qazana bilməmişdi.

Baş məşqçi postuna isveçli Fredrik Lyünberqin gətirilməsi də "Arsenal"ı "qara zolaq"dan çıxara bilmir. Yeni baş məqşçinin rəhbərliyi altında iki oyuna çıxan londonlular bu görüşlərdən birini heç-heçə bitirib, digərini isə uduzub.

Hazırda "Arsenal" 15 turdan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti